Bank Of Baku

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 2,4 dəfə artıb

Azərbaycanın strateji valyuta ehtiyatları ilin əvvəlindən 2,4 dəfə artıb
# 16 dekabr 2008 14:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci ilin yanvar-sentyabr ayları üzrə tədiyə balansına əsasən, ölkənin strateji valyuta ehtiyatları ilin əvvəlindən 2,4 dəfə artaraq oktyabrın 1-nə 17 896,8 mln. ABŞ dolları təşkil edib.
Azərbaycan Milli Bankından (AMB) «APA-Economics»ə verilən məlumata əsasən, bunun 10 382,2 mln. dollarını Dövlət Neft Fondunun aktivləri, 1 555 mln. dolları hökumətin depozitləri, 5 959,6 mln. dolları isə AMB-nin məcmu beynəlxalq aktivləri təşkil edib.
AMB-nin payına düşən ehtiyatların 5 438,6 mln. dolları onun sərəncamında olan rəsmi valyuta ehtiyatlarıdır. Bu məbləğ neft-qaz sektoru istisna olmaqla, malların və xidmətlərin 8 aylıq idxalını maliyyələşdirməyə imkan verir və dünya təcrübəsində qəbul olunan kifayətlilik meyarından 2 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR