Bank Of Baku

«Bank SilkWay» nizamnamə kapitalını iki dəfə artırır

«Bank SilkWay» nizamnamə kapitalını iki dəfə artırır
# 16 dekabr 2008 14:49 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi «Bank SilkWay» Açıq Səhmdar Cəmiyyətinin (ASC) sənədsiz adlı adi səhmlərinin emissiya prospektini dövlət qeydiyyatına alıb.
Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 100 manat, sayı 100 min ədəd, emissiyanın ümumi həcmi isə 10 mln. manat təşkil edir. Emissiyanın kütləvi təklif üsulu ilə BFB vasitəsilə yerləşdirilməsi planlaşdırılır.
Birja mütəxəssislərinin fikrincə, «Bank SilkWay» ASC-nin səhmlərinin yerləşdirilməsinə artıq bu ilin dekabr ayında başlayacağı gözlənilir. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «Standard Capital» MMC çıxış edəcək. Emissiyanın yerləşdirilməsi uğurla başa çatacağı təqdirdə, bankın nizamnamə kapitalı 2 dəfə artaraq 20 mln. manata çatacaq.
Qeyd edək ki, «Bank SilkWay» 1993-cü ildə «Azal Bank» adı ilə yaradılıb. Belə ki, bankın səhmdarları sırasına daxil olan «Azərbaycan Hava Yolları» Dövlət Konserni və onun tərkibində olan strukturlar öz payını «SilkWay Holding»ə satıb. Bankın səhmdarları sırasına «SilkWay Holding» (83,66%) və digər fiziki şəxslər daxildir. Bankın respublika üzrə 9 filialı fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 10 mln. manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR