Bank Of Baku

«Bank of Azərbaycan» yaxın vaxtlarda «MasterCard»a qoşulacaq

«Bank of Azərbaycan» yaxın vaxtlarda «MasterCard»a qoşulacaq
# 17 dekabr 2008 07:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Bank of Azərbaycan» Səhmdar Kommersiya Bankı (SKB) 2009-cu ilin əvvəlində «MasterCard» beynəlxalq ödəniş sistemi üzrə xidmətlərə başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın İdarə Heyətinə yeni sədr təyin olunmuş Xəyal Şərifzadə bildirib.
X.Şərifzadənin sözlərinə görə, bank tərəfindən artıq bu beynəlxalq quruma üzvlüklə bağlı müvafiq sənədlər göndərilib: «Biz üzərimizə düşən bütün işləri görmüşük. Qurum tərəfindən banka cavab məktubu da göndərilib. Yalnız texniki məsələlər qalıb ki, bunlar da yaxın vaxtlarda həllini tapacaq».
X.Şərifzadə onu da qeyd edib ki, bank «MasterCard» sisteminə qoşulduqdan sonra ilkin mərhələdə bir müddət test rejimində işləyəcək.
Qeyd edək ki, «MasterCard» Azərbaycan bankının qoşulacağı ilk beynəlxalq ödəniş sistemi olacaq.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və iki fiziki şəxs olan «Bank of Azerbaijan» 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 110,384 mln. manat, kredit portfeli 90,122 mln. manat, depozit portfeli 42,503 mln. manat, məcmu kapitalı 20,684 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 35 mübadilə məntəqəsi, 22 bankomatı və 122 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR