Bank Of Baku

Naxçıvan Muxtar Respublikasının gələn ilki büdcəsi təsdiq edilib

Naxçıvan Muxtar Respublikasının gələn ilki büdcəsi təsdiq edilib
# 17 dekabr 2008 07:23 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. Azərbaycanın Naxçıvan Muxtar Respublikası (NMR) Ali Məclisinin sessiyasında NMR-nin 2009-cu il dövlət büdcəsinin təsdiq edilməsi haqqında qərar qəbul edilib. APA-nın yerli bürosunun məlumatına görə, muxtar respublikanın gələn ilki büdcəsinin gəlirləri 30 000 689 manat, xərcləri 272 713 189 manat, ayrılacaq dotasiya 242 712 500 manat (o cümlədən mərkəzləşdirilmiş gəlirləri 14 331 889 manat, yerli gəlirləri 15 668 800 manat və mərkəzləşdirilmiş xərcləri 199 948 984 manat, yerli xərcləri 72 764 205 manat) məbləğində təsdiqlənib.
Ali Məclisin sədri Vasif Talıbovun «Naxçıvan Muxtar Respublikasının 2009-cu il dövlət büdcəsi haqqında» yerli parlamentin qərarının tətbiq edilməsi barədə 2008-ci il 16 dekabr tarixli fərmanına əsasən, iri dövlət vergi ödəyicisi olan dövlət müəssisələrinin gəlirlər və xərclər smetaları 45 gün müddətində, Naxçıvan MR Vergilər Nazirliyi və Gömrük Komitəsinin xətti ilə 2009-cu il dövlət büdcəsinə nəzərdə tutulan daxilolmaların aylıq və rüblük bölgüsü isə həmin orqanlarla 15 gün müddətində razılaşdırılaraq təsdiq edilməlidir.
Fərmanda həmçinin Naxçıvan MR Dövlət Energetika Agentliyinin və «Naxçıvanqaz» MMC-yə istehlak edilmiş elektrik enerjisi və təbii qazın dəyərinin tam ödənilməsi üçün zəruri tədbirlərin görülməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR