Bank Of Baku

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi təsdiq edilib

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2009-cu il büdcəsi təsdiq edilib
# 17 dekabr 2008 07:29 (UTC +04:00)
Naxçıvan. C.Qurbanoğlu – APA. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının (NMR) Ali Məclisi NMR-nin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2009-cu il büdcəsinin təsdiq edilməsi haqqında qərar qəbul edib. APA-nın yerli bürosunun məlumatına görə, Naxçıvan DSMF-nin 2009-cu il büdcəsinin gəlirləri 31 712 500 manat, xərcləri 75 264 000 manat, gəlir və xərcləri tənzimləmək üçün DSMF-dən ayrılan dotasiya 43 551 500 manat məbləğində təsdiqlənib.
Qərarın icrasını təmin etmək məqsədilə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov müvafiq fərman imzalayıb. Sənədə əsasən, NMR-nin DSMF-yə 2009-cu il büdcə gəlirlərinin və ödənişlərinin yerinə yetirilməsi üçün zəruri tədbirlərin, dövlət təşkilatlarının, o cümlədən büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam ödənilməsini təmin etmək üçün lazımi tədbirlərin görülməsi tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR