Bank Of Baku

«Bank of Azerbaijan» Fransanın «Societe Generale» bankı ilə aparılan danışıqlara xitam verib

«Bank of Azerbaijan» Fransanın «Societe Generale» bankı ilə aparılan danışıqlara xitam verib
# 17 dekabr 2008 13:22 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Fransanın «Societe Generale» bankının «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) nizamnamə kapitalında iştirak payının alınmasına dair tərəflər arasında aparılan danışıqlar dayandırılıb.
Bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadənin «APA-Economics»ə verdiyi məlumata görə, dünyanın ən nüfuzlu banklarından biri olan «Societe Generale» «Bank of Azerbaijan»ın hazırkı maliyyə göstəricilərinin qənaətbəxşliyini və böyük inkişaf potensialını nəzərə alaraq, Azərbaycan bankında nəzarət səhm paketini almaq istəyib.

Lakin Azərbaycan tərəfində Fransa bankını nizamnamə kapitalına strateji investor qismində cəlb etmək istəyi olub və uzun sürən danışıqlar zamanı tərəflər arasında razılıq əldə olunmayıb. Həmçinin, qlobal maliyyə böhranının bir çox beynəlxalq maliyyə institutlarına neqativ təsirini nəzərə alan «Bank of Azerbaijan»ın səhmdarları 15 illik tarixə malik Azərbaycan bankını bu təsirlərdən qurtarmaq və bankın ayrıca yenidənqurma və inkişaf layihəsini başlamaq məqsədilə danışıqları dayandırıb.

Buna baxmayaraq, X.Şərifzadə hazırda bir sıra digər xarici bankın «Bank of Azerbaijan»ın nizamnamə kapitalında iştiraka maraq göstərdiyini vurğulayıb. Lakin Azərbaycan bankı gələn il ərzində ümumiyyətlə strateji investor cəlb etmək niyyətində deyil.

Xatırladaq ki, təsisçisi «NEM Holding» və iki fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 110,384 mln. manat, kredit portfeli 90,122 mln. manat, depozit portfeli 42,503 mln. manat, məcmu kapitalı 20,684 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 35 mübadilə məntəqəsi, 22 bankomatı və 122 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR