Bank Of Baku

«Günaybank»ın mənfəəti son bir ilə 37% azalıb

«Günaybank»ın mənfəəti son bir ilə 37% azalıb
# 17 dekabr 2008 13:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günaybank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 27,480 mln. manat təşkil edib ki, bu da ötən ilin dekabr ayının 1-nə olan analoji göstəricidən 19,67% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 31,69% artaraq 29,672 mln. manata, depozit portfeli isə 0,25% genişlənərək 8,617 mln. manata çatıb.
Həmçinin, bu müddət ərzində bankın məcmu kapitalı 1,97% artaraq 11,001 mln. manat, o cümlədən nizamnamə kapitalı 3,81% artaraq 10,892 mln. manat təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında bankın gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 26,4% artaraq 4,078 mln. manat, xərcləri isə 39,26% artaraq 3,728 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 37,28% azalaraq 351 min manat təşkil edib.
Xatırladaq ki, təsisçisi 10 yerli fiziki şəxs olan «Günaybank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 1 filialı, 1 mübadilə məntəqəsi, 1 bankomatı və 1 POS-terminalı fəaliyyət göstərir. Bu ilin dekabr ayının 1-nə bankın işçilərinin sayı 41 nəfər, orta aylıq əmək haqqı isə 373 manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR