Bank Of Baku

BVF: Azərbaycan dünya maliyyə böhranına dayanıqlı şəkildə tab gətirməyə hazırdır

BVF: Azərbaycan dünya maliyyə böhranına dayanıqlı şəkildə tab gətirməyə hazırdır
# 17 dekabr 2008 15:36 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, tədbirdə çıxış edən BVF-nin Azərbaycandakı nümayəndəliyinin başçısı Koba Qvenitadze səfər zamanı ölkə hökuməti ilə keçirilən görüşlərdə Azərbaycan iqtisadiyyatının hazırkı vəziyyəti, inkişaf perspektivləri, 2008-ci ildə müşahidə olunan iqtisadi dəyişikliklər, 2009-cu il üzrə makroiqtisadi göstəricilər və dövlət büdcəsi ətrafında fikir mübadiləsi aparıldığını bildirib. K.Qvenitadzenin sözlərinə görə, qiymətləndirici missiyanın səfəri 7 gün davam edib və səfər çərçivəsində Azərbaycanın gələn ilki büdcəsi təhlil olunub, dünya maliyyə böhranının ölkəyə təsiri öyrənilib.
Mətbuat konfransında iştirak edən missiyanın rəhbəri xanım Valeriya Fikera isə bildirib ki, Bakıda keçirilən görüşlərdə Azərbaycanda 2008-ci ildəki iqtisadi inkişafın gedişi və maliyyə böhranının təsiri təhlil olunub. BVF ekspertinin fikrincə, hazırda Azərbaycanda müşahidə olunan iqtisadi vəziyyət nisbidir: «Baxmayaraq ki, 2008-ci ildə Azərbaycanda yüksək inflyasiya qeydə alınıb, bu yaxınlarda inflyasiya səngiməyə başlayıb. Gələn il isə ölkədə inflyasiya yüksək olmayacaq».
V.Fikera əlavə edib ki, səfər zamanı həmçinin Azərbaycanın bank sektorundakı vəziyyət araşdırılıb və buradakı durum dayanıqlı kimi qiymətləndirilir. Azərbaycan Milli Bankının (AMB) pul-kredit siyasəti çərçivəsində qəbul etdiyi son qərarların düzgün olduğunu vurğulayan missiya başçısı mərkəzi bankın bundan sonra da zəruri addımlar atmağa hazır olduğunu bildirib. Həmçinin, AMB-yə dünya bazarındakı vəziyyəti izləmək tövsiyə olunub: «Azərbaycan dayanıqlı şəkildə maliyyə böhranına tab gətirməyə hazırdır».
Lakin bununla yanaşı V.Fikera gələn il də iqtisadi inkişaf tempinin yüksək olmayacağını vurğulayıb: «Ümumilikdə isə Fondun Azərbaycan üzrə qiymətləndirməsinin uğurlu olacağını düşünürəm».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR