Bank Of Baku

Azərbaycanın 2009-cu il dövlət büdcəsində korrektə aparmağa ehtiyac yarana bilər

Azərbaycanın 2009-cu il dövlət büdcəsində korrektə aparmağa ehtiyac yarana bilər
# 17 dekabr 2008 16:01 (UTC +04:00)
Bunu Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) qiymətləndirici missiyasının başçısı xanım Valeriya Fikera bu gün keçirdiyi mətbuat konfransında «APA-Economics»in sualını cavablandırarkən bildirib.
V.Fikeranın sözlərinə görə, risklərin olmaması büdcəyə Dövlət Neft Fondundan həyata keçirilən transfertlərin mövcudluğu ilə bağlıdır. Lakin bununla yanaşı, missiya başçısı orta və uzunmüddətli perspektivdə müəyyən maliyyə risklərinin olduğunu bildirib.
Həmçinin, BVF rəsmisi vurğulayıb ki, əgər dünya neft bazarında qiymətlər 30-40 dollar/barel səviyyəsinə kimi enərsə, bu halda dövlət büdcəsində korrektə aparmağa ehtiyac yaranacaq: «Lakin hətta bugünkü qiymətlər dövlət büdcəsinin icrası və nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi üçün heç bir təhlükə yaratmır».
Xatırladaq ki, Azərbaycanın 2009-cu il dövlət büdcəsində neftin baza qiyməti 70 dollar/barel səviyyəsində nəzərdə tutulub, dünya bazarında neftin qiyməti isə artıq 45 dollara enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR