Bank Of Baku

Gələn il Azərbaycanda iqtisadi artım 12%, inflyasiya isə 9% olacaq

Gələn il Azərbaycanda iqtisadi artım 12%, inflyasiya isə 9% olacaq
# 18 dekabr 2008 07:00 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) 2009-cu ildə Azərbaycan iqtisadi artım tempinin 12% təşkil edəcəyini proqnozlaşdırır. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan BVF-nin qiymətləndirici missiyasının başçısı xanım Valeriya Fikera bildirib.
V.Fikeranın sözlərinə görə, dünyada müşahidə olunan maliyyə böhranına baxmayaraq, Azərbaycanda qeyri-neft sektorunun artım tempi 6% təşkil edəcək: «Əlbəttə, bu, 2008-ci ilin göstəricisindən azdır. Lakin digər ölkələrdə bu göstəricinin sıfır səviyyəsində olduğunu nəzərə alsaq, Azərbaycanın göstəricisi qənaətbəxşdir».
Missiyanın rəhbəri həmçinin qeyd edib ki, 2009-cu il ərzində Azərbaycanda inflyasiyanın səviyyəsi əhəmiyyətli dərəcədə azalacaq. Belə ki, BVF-nin proqnozlarına görə, artıq 2009-cu ildə inflyasiya 9%-ə enə bilər: «Ümumiyyətlə, Azərbaycan inflyasiya səviyyəsinin aşağı düşməsindən qazanacaq».
«Bütün bu proqnozlara baxmayaraq, 2009-cu ilin iyun ayında biz Azərbaycanda bu məsələyə dair yenidən araşdırma aparıb göstəriciləri dəqiqləşdirəcəyik», - deyə V.Fikera bildirib.
Xatırladaq ki, Azərbaycan hökuməti 2008-ci il üçün inflyasiyanı ilkin olaraq 12-14% səviyyəsində proqnozlaşdırıb. Lakin sonradan illik proqnoz 18%-dək artırılıb. BVF-nin ekspertləri isə bu il Azərbaycanda inflyasiyanın 20%-dən aşağı olmayacağını bəyan ediblər.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, cari ilin yanvar-noyabr aylarında inflyasiya 21,4% təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR