Bank Of Baku

«Bank Respublika» plastik kart sahibləri üçün diskont proqramını genişləndirib

«Bank Respublika» plastik kart sahibləri üçün diskont proqramını genişləndirib
# 18 dekabr 2008 07:01 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Respublika» Səhmdar Kommersiya Bankı (SKB) satış-xidmət müəssisələri ilə yeni müqavilələr bağlamaqla bankın «MasterCard» və «VISA» plastik kart sahibləri üçün diskont proqramını genişləndirib.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, plastik kart sahibləri «AZİNTEL» kompüter texnikası mağazasında 10%, «Intermood» kişi geyimləri mağaza şəbəkəsində 15%, həmçinin «Jasmin» və «Siam Thai» restoranında 10%-lik endirim əldə edir.
Qeyd edək ki, bankın endirim proqramı üzrə mal və xidmətlərə görə endirim əldə etmək üçün kartla nağdsız ödəniş aparmaq məcburi deyil, kartı satış-xidmət müəssisəsində göstərmək kifayətdir. Xatırladaq ki, bankın endirim proqramına 40-a yaxın satış-xidmət mərkəzi daxildir. Əgər satış-xidmət müəssisəsi öz fərdi endirim kampaniyasını keçirirsə, bu zaman bankın plastik kart sahibləri üçün nəzərdə tutulan endirim, satış-xidmət müəssisəsinin öz endiriminə əlavə edilmir.
Xatırladaq ki, «Bank Respublika» SKB 1992-ci ildən fəaliyyət göstərir. Almaniyanın DEG İnvestisiya Korporasiyası və «Sparkassen International Development Trust» şirkəti 2005-ci ilin aprelindən bankın kapitalında «25%+1 səhm» iştirak paketinə sahibdir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 405,1 mln. manat, kredit portfeli 279,3 mln. manata, depozit portfeli 147,4 mln. manat, məcmu kapitalı 43,7 mln. manat, o cümlədən nizamnamə kapitalı 22,6 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR