Bank Of Baku

BFB-da Azərbaycan Milli Bankının 40 mln. manatlıq notları yerləşdirilib

BFB-da Azərbaycan Milli Bankının 40 mln. manatlıq notları yerləşdirilib
# 18 dekabr 2008 08:11 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Dünən Bakı Fond Birjasında (BFB) Azərbaycan Milli Bankının 50105019S seriyalı, ümumi həcmi 50 mln. manat, hərraca çıxarılan həcmi 40 mln. manat, bir notun nominal dəyəri 200 manat, tədavül müddəti 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 6 investorun iştirak etdiyi hərracda sifarişlərin nominal üzrə ümumi həcmi 42 690 400 manat təşkil edib. Sifarişlər 99,61% (gəlirlik 5,03%) – 99,69% (gəlirlik 4,00%) qiymət intervalında təqdim olunub. Notların rəqabətli sifariş üzrə kəsmə qiyməti emitent tərəfindən 99,67% (gəlirlik 4,26%), orta ölçülmüş qiyməti isə 99,68% (gəlirlik 4,13%) səviyyəsində müəyyənləşdirilib. Nəticədə, notların nominal üzrə reallaşdırılmış həcmi, 6 156 400 manat həcmində qeyri-rəqabətli sifarişlər daxil olmaqla, 40 mln. manat məbləğində müəyyən edilib.
Qeyd edək ki, bu not buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2009-cu ilin yanvarın 14-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR