Bank Of Baku

«Əmrahbank» yaxın günlərdə yeni filial açacaq

«Əmrahbank» yaxın günlərdə yeni filial açacaq
# 18 dekabr 2008 08:24 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Əmrahbank» Səhmdar Kommersiya Bankı (SKB) yaxın günlərdə Bakı şəhərində yeni filial istifadəyə verəcək.
Bankın baş mühasibi Fazil Əliyevin «APA-Economics»ə verdiyi məlumata görə, sayca 29-cu olacaq bu filial Bakı şəhəri, Zivər Əhmədbəyova küçəsində («Caspian Plaza» Biznes Mərkəzinin arxası) yerləşir.
Bankın rəsmisi bildirib ki, baş ofisdə müştərilərə göstərilən bütün bank xidmətləri yeni filial vasitəsi ilə də təklif olunacaq.
Xatırladaq ki, təsisçisi 5 yerli fiziki şəxs olan «Əmrahbank» ASC 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 65,073 mln. manat, depozit portfeli 36,187 mln. manat, kredit portfeli 48,914 mln. manat, məcmu kapitalı 21,884 mln. manat, o cümlədən nizamnamə kapitalı 12,821 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR