Bank Of Baku

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo 13% artıb

Azərbaycanın xidmətlər balansı üzrə mənfi saldo 13% artıb
# 18 dekabr 2008 08:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanın 2008-ci ilin yanvar-sentyabr aylarında xarici dövlətlərlə iqtisadi əlaqələrində qarşılıqlı xidmətlərin ümumi həcmi 4 015,6 mln. ABŞ dolları təşkil edib. Buisə ötən ilin analoji 9 aylıq göstəricisi ilə müqayisədə 21,2% çoxdur.
Azərbaycan Milli Bankdan «APA-Economics»ə verilən məlumata əsasən, ölkənin yanvar-sentyabr ayları üzrə tədiyyə balansında qeyd olunub ki, bunun 2 900,1 mln. dolları qeyri-rezidentlər tərəfindən Azərbaycanın rezidentlərinə, 1 115,5 mln. dolları isə Azərbaycan rezidentlərinin xarici ölkələrin rezidentlərinə göstərdiyi xidmətlərdir. Beləliklə, xidmətlər balansının saldosu mənfi 1 784,6 mln. dollar təşkil edib. Bu isə 2007-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 13% çoxdur.
Qeyd edək ki, qarşılıqlı xidmətlər dövriyyəsinin 27,7%-i nəqliyyat xidmətləri üzrə aparılan əməliyyatların payına düşüb. Ümumi dəyəri 1 111,4 mln. dollar olan nəqliyyat xidmətlərinin 53,6%-ni Azərbaycan rezidentləri tərəfindən, 46,4%-i isə Azərbaycan rezidentlərinə göstərilən xidmətlər təşkil edib. Beləliklə, nəqliyyat sahəsində göstərilən xidmətlər üzrə 79,6 mln. dollar məbləğində müsbət saldo müşahidə olunub.
Hesabat dövründə xarici ölkə vətəndaşlarına turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 141,9 mln. dollar məbləğində qiymətləndirilir. Bunun 39,1%-i qeyri-rezidentlərin Azərbaycana işgüzar səfərləri ilə bağlı olub. Öz növbəsində, xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin dəyəri 231,6 mln. dollar təşkil edib. Bunun 91,4%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı xarici ölkələrdə olarkən sərf etdikləri xərclərinin payına düşür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR