Bank Of Baku

Noyabrda Azərbaycanda inflyasiya 0,1% olub

Noyabrda Azərbaycanda inflyasiya 0,1% olub
# 18 dekabr 2008 08:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda istehlak mallarının qiymətləri və xidmət tarifləri ötən ilin müvafiq dövrünə nisbətən 21,4% bahalaşıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, istehlak mallarının qiymətləri və xidmət tarifləri bu ilin noyabr ayında oktyabrla müqayisədə 0,1% bahalaşıb. Oktyabr ayına nisbətən noyabr ayında ərzaq məhsullarının qiymətləri və xidmət tarifləri 0,1% ucuzlaşıb, qeyri-ərzaq mallarının qiymətləri isə 1,1% bahalaşıb. İlin əvvəlindən keçən vaxt ərzində ərzaq məhsullarının qiymətləri 29,5%, qeyri-ərzaq mallarının qiymətləri və xidmət tarifləri isə 11,5% bahalaşıb.
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında istehlak mallarının qiymətləri və xidmət tarifləri 2006-cı ilin müvafiq dövrünə nisbətən 16,4% yüksəlib.
Xatırladaq ki, Azərbaycan hökuməti 2008-ci il üçün inflyasiyanı ilkin olaraq 12-14% səviyyəsində proqnozlaşdırıb. Lakin sonradan illik proqnoz 18%-dək artırılıb. BVF-nin ekspertləri isə bu il Azərbaycanda inflyasiyanın 20%-dən aşağı olmayacağını bəyan ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR