Bank Of Baku

Beynəlxalq Valyuta Fondu Azərbaycanda vergi islahatlarına texniki dəstək göstərəcək

Beynəlxalq Valyuta Fondu Azərbaycanda vergi islahatlarına texniki dəstək göstərəcək
# 18 dekabr 2008 09:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanın vergi siyasətində dəyişiklərin edilməsi prosesinə texniki dəstək göstərəcək. «APA-Economics»in məlumatına görə, bunu Bakıda səfərdə olan BVF-nin qiymətləndirici missiyasının başçısı xanım Valeriya Fikera bildirib.
V.Fikeranın sözlərinə görə, ölkənin vergi siyasətində əsas dəyişikliklər mənfəət və əlavə dəyər vergiləri üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı olacaq. Burada məqsəd Azərbaycanın regionda rəqabətə davamlı mühitini saxlamaqdır.
Missiyanın rəhbəri həmçinin qeyd edib ki, maliyyə böhranı zamanı Azərbaycan Milli Bankının apardığı pul-kredit siyasəti düzgün olub: «Manatın dollara qarşı məzənnəsinin möhkəmlənməsi də düzgün atılan addımlardandır».
V.Fikera əlavə edib ki, 2009-cu ildə Azərbaycan Dövlət Neft Fonduna aktivlərin akkumulyasiyası bir qədər azalsa da, dövlət büdcəsi ciddi risklərlə üzləşməyəcək və büdcənin artması davamlı olacaq: «Ölkə hökuməti maliyyə böhranı zamanı büdcənin gələcəkdə də artması üçün lazımi tədbirlər görüb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR