Bank Of Baku

Azərbaycan Milli Bankının xarici öhdəlikləri tarixi minimuma enib

Azərbaycan Milli Bankının xarici öhdəlikləri tarixi minimuma enib
# 18 dekabr 2008 09:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Milli Bankının (AMB) xalis xarici aktivlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 4 656 mln. manat təşkil edib. AMB-dən «APA-Economics»ə verilən məlumata əsasən, aktivlərin strukturunda 4 721,6 mln. manat məcmu beynəlxalq aktivlər, 62,8 mln. manat isə xarici öhdəliklərin payına düşüb.
Ötən ilin dekabrın əvvəli ilə müqayisədə Milli Bankın xalis xarici aktivlərinin həcmi 35,2%, ilin əvvəlindən isə 32% artıb. Məcmu beynəlxalq aktivlərin illik artım tempi isə 34,5% təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 30,7% çoxdur.
Qeyd edək ki, AMB-nin xarici öhdəliklərinin həcminin tədricən azalması müşahidə olunur. Belə ki, bu göstərici ötən ilin dekabrın 1-i ilə müqayisədə 31%, cari ilin əvvəlindən isə 28,4% azalıb. Nəticədə, Azərbaycanın mərkəzi bankının xarici öhdəlikləri tarixi minimuma enib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR