Bank Of Baku

«Bank of Azerbaijan»ın bu il aktivlərini 30% artıracağı gözlənilir

«Bank of Azerbaijan»ın bu il aktivlərini 30% artıracağı gözlənilir
# 18 dekabr 2008 11:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankı (SKB) aktivlərinin həcmini 2008-ci ilin sonuna 120 mln. manata çatdıracağını proqnozlaşdırır.
Bankın İdarə Heyətinin sədri Xəyal Şərifzadənin «APA-Economics»ə verdiyi məlumata görə, cari ilin əvvəli ilə müqayisədə aktivlərdə 30,4% artım olacaq. Bundan başqa, bankın digər göstəricilərində də artım olacağı proqnozlaşdırılır. Belə ki, bu il ərzində kredit portfelinin 23% artaraq 90 mln. manata çatacağı gözlənilir. Eyni zamanda, cari ilin əvvəli ilə müqayisədə bankın depozit portfelinin 16,4% artaraq ilin sonuna 41,5 mln. manata çatdırılması proqnozlaşdırılır.
X.Şərifzadənin sözlərinə görə, məcmu kapitalın il ərzində 38,3% artaraq 20 mln. manata, o cümlədən nizamnamə kapitalının 46,4% artaraq 14,635 mln. manata çatacağı gözlənilir. Nəticədə, bankın 1,5 mln. manatadək mənfəət əldə edəcəyi ehtimal olunur.
Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 110,384 mln. manat, kredit portfeli 90,122 mln. manat, depozit portfeli 42,503 mln. manat, məcmu kapitalı 20,684 mln. manat, o cümlədən nizamnamə kapitalı 14,635 mln. manat təşkil edib. Bankın respublika üzrə 18 filialı, 35 mübadilə məntəqəsi, 22 bankomatı və 122 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR