Bank Of Baku

«UniBank» son bir ildə aktivlərini 25% artırıb

«UniBank» son bir ildə aktivlərini 25% artırıb
# 18 dekabr 2008 13:39 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaydjanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 443,3 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 25% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ilində bankın kredit portfeli 26% artaraq 321,3 mln. manata, fiziki şəxslərin depozitləri isə 29% genişlənərək 66,96 mln. manata çatıb.
Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında bankın gəlirləri ötən ilin analoji dövrün göstəricisi ilə müqayisədə 78% artaraq 72,625 min manat, xərcləri isə 91% artaraq 62,860 min manat olub. Nəticədə, bankın mənfəəti son bir il ərzində 24% artaraq 9,765 min manat təşkil edib.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 23 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR