Bank Of Baku

«Moodys» agentliyi «NBC Bank»a reytinqlər verib

«Moodys» agentliyi «NBC Bank»a reytinqlər verib
# 19 dekabr 2008 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Moodys Investors Service» beynəlxalq reytinq agentliyi Azərbaycanın «NBC Bank» ASC-yə milli və xarici valyutada olan əmanətlər üzrə CAA1 dərəcəli uzunmüddətli və NP dərəcəli qısamüddətli reytinqlər verib. Bütün reytinqlər «stabil» proqnoza malikdir.
Bankın Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «Moodys» agentliyi «NBC Bank»ın güclü kapitallaşmaya malik olması, avtomobil kreditləri üzrə ixtisaslaşmış bank kimi lider mövqelərdən birinə sahib olması, kiçik və orta sahibkarlıq kreditləri sektoruna istiqamətlənməsini müsbət dəyərləndirib. Reytinq qiymətləndirilməsinin olması bankın şəffaflığının, korporativ idarəetmə standartlarının tətbiqinin, beynəlxalq standartların və Bazel II prinsiplərinin tətbiqinə hazırlığın, strateji məqsədlərinə çatmaq istiqamətində aparılan fəaliyyətin proqresiv olmasının göstəricisidir.
Xatırladaq ki, «NBCBank» 1992-ci ildə «RuziBank» Kommersiya Bankı kimi yaradılıb və 2002-ci ildə brendini dəyişib. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 37,414 mln. manat, kredit portfeli 30,516 mln. manat, depozit portfeli 12,785 mln. manat, məcmu kapitalı 14,875 mln. manat, o cümlədən nizamnamə kapitalı 13,589 mln. manat təşkil edib.
Qeyd edək ki, «Moodys Investors Service» 1914-cü ildə ABŞ-da yaradılıb və hazırda dünyada aparıcı beynəlxalq reytinq agentliklərindən biridir. Agentlik dünya üzrə 2 400 əməkdaşa malikdir və bunlardan 1 000 nəfəri analitiklərdir. «Moodys Investors Service» agentliyinin reytinqləri və təhlilləri 100-dən çox ölkəni və on minlərlə müxtəlif şirkət və maliyyə institutlarını əhatə edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR