Bank Of Baku

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 66% artıb

Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 66% artıb
# 19 dekabr 2008 08:46 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycan iqtisadiyyatına kredit qoyuluşunun həcmi 2007-ci ilin eyni dövrü ilə müqayisədə 66,1% artıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə kredit qoyuluşunun həcmi 2,7 mlrd. manat artaraq 6,7 mlrd. manata çatıb. Kredit qoyuluşunun 44,8%-i dövlət, 52,6%-i özəl banklar, 2,6%-i isə qeyri-bank kredit təşkilatları tərəfindən həyata keçirilib. Verilmiş kreditlərin 68,9%-ni uzunmüddətli kreditlər təşkil edib, 2,1%-nin isə ödənilmə vaxtı keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR