Bank Of Baku

Azərbaycanda daha çox sənaye müəssisələri zərərlə işləyir

Azərbaycanda daha çox sənaye müəssisələri zərərlə işləyir
# 19 dekabr 2008 09:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu yanvar-sentyabr ayları ərzində Azərbaycan ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatlar tərəfindən (kənd təsərrüfatı müəssisələri və «Əsrin kontraktı» çərçivəsində yaradılmış beynəlxalq konsorsiumun iştirakçıları istisna olmaqla) 3,4 mlrd. manatlıq mənfəət və 712,9 mln. manatlıq zərər əldə edilib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, iqtisadi subyektlərin fəaliyyəti nəticəsində əldə edilmiş mənfəət 2007-ci ilin eyni dövrü ilə müqayisədə 980,9 mln. manat və ya 40,1% artıb, onun 68,1%-i (2,3 mlrd. manat) sənaye müəssisələrinin fəaliyyətində yaranıb. Tikinti təşkilatları 318,6 mln. manat (ümumi mənfəətin 9,3%-i qədər), rabitə müəssisələri 215,3 mln. manat (6,3%), nəqliyyat müəssisələri isə 119 mln. manat (3,5%) mənfəətlə işləyib.
Zərərin 86,6%-i sənaye, 3,4%-i tikinti, 2,9%-i nəqliyyat, 4%-i isə rabitə xidmətləri sahəsində fəaliyyət göstərən müəssisə və təşkilatların payına düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR