Bank Of Baku

Azərbaycanda bir neçə sığorta şirkəti bağlana bilər

Azərbaycanda bir neçə sığorta şirkəti bağlana bilər
# 19 dekabr 2008 11:52 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin sektor müdiri Mahir Abdullayev məlumat verib.
M.Abdullayevin sözlərinə görə, 2008-ci ilin mart ayında qüvvəyə minən «Sığorta fəaliyyəti haqqında» yeni qanuna əsasən, ölkədə fəaliyyət göstərən bütün sığorta şirkətləri bir il ərzində ASC-yə çevrilməlidir: «Hazırda Azərbaycanda yalnız 5-6 sığorta şirkəti qapalı səhmdar cəmiyyəti və ya məhdud məsuliyyətli cəmiyyət (MMC), qalanı isə ASC formasında fəaliyyət göstərir. Qeyd edim ki, sığorta şirkətlərinin statusunun dəyişməsi prosesi o qədər də problemli məsələ deyil. QSC və MMC formasında fəaliyyət göstərən sığorta şirkətlərə 2009-cu ilin mart ayının 31-dək müddət verilib və bu müddət ərzində həmin şirkətlər ASC-yə çevrilməlidir. Həmin müddət bitdikdən sonra isə ASC-yə çevrilməyən sığorta təşkilatlarının lisenziyası məhdudlaşdırılacaq və onlara əlavə 6 ay vaxt veriləcək. Bu müddət ərzində də şirkət öz öhdəliyini yerinə yetirməzsə, lisenziya tamamilə ləğv ediləcək».
M.Abdullayev bildirib ki, artıq bəzi sığorta şirkətləri ASC-yə çevrilmək məqsədi ilə müvafiq sənədləri Vergilər Nazirliyinə təqdim edib. Bəziləri isə ASC statusu alıb, lakin Maliyyə Nazirliyinin müvafiq qurumuna hələ məlumat verməyib.
Qeyd edək ki, indiyədək ASC-yə çevrilməyən «A-Group», «Paşa Sığorta», «MBASK», Beynəlxalq Sığorta Şirkəti, «AİG Caspian İnsurance» və «Xalq Sığorta» şirkətləridir.
Xatırladaq ki, hazırda Azərbaycanda 28 sığorta şirkəti fəaliyyət göstərir. Bu ilin yanvar-sentyabr aylarında sığorta şirkətlərinin məcmu daxilolmaları 146,41 mln. manat, ödənişləri 36,82 mln. manat təşkil edib. Bu ilin dekabr ayının 1-nə şirkətlərin məcmu nizamnamə kapitalı 110 mln. manat olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR