Bank Of Baku

Azərbaycan əhalisinin adambaşına gəlirləri son bir ildə 34% artıb

Azərbaycan əhalisinin adambaşına gəlirləri son bir ildə 34% artıb
# 19 dekabr 2008 11:56 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycan əhalisinin adambaşına gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 34,2% artaraq 2 124,7 manata çatıb və ayda orta hesabla 193,2 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində əhali tərəfindən əldə edilmiş 18 176,8 mln. manatlıq gəlirin 65,8%-i son istehlaka, 9,7%-i vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə sərf edilib, 24,5%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.
Vergilər, digər icbari ödəmələr və könüllü üzvlük haqları ödənildikdən sonra əhalinin sərəncamında 16 417,6 mln. manatlıq və ya əvvəlki ildəkindən 38,6% çox vəsait qalıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR