Bank Of Baku

Azərbaycandakı sığorta şirkətləri üçün korporativ idarəetmə üzrə seminar keçirilib

Azərbaycandakı sığorta şirkətləri üçün korporativ idarəetmə üzrə seminar keçirilib
# 19 dekabr 2008 12:53 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu gün Bakıda Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin nümayəndələri üçün «Azərbaycanın sığorta şirkətlərində korporativ idarəetmə və beynəlxalq təcrübə» mövzusunda seminar keçirilib.
«APA-Economics»in məlumatına görə, seminarda çıxış edən Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin müdiri Namiq Xəlilov qeyd edib ki, bu seminar Azərbaycan sığorta bazarının iştirakçıları üçün mühüm əhəmiyyət kəsb edir: «Korporativ idarəetmə şirkətlərin kapital bazarına çıxışını asanlaşdırmaqla yanaşı onların investisiya cəlb etməsinə də şərait yaradır. Korporativ idarəetmə şirkətin məqsədlərini müəyyənləşdirən və bu məqsədlərə nail olmaq üçün fəaliyyətə nəzarət etmək vasitələrini müəyyən edən sistemdir».
N.Xəlilovun sözlərinə görə, korporativ idarəetmə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) əsasnaməsinin 29-cu maddəsində də əksini tapıb.
Tədbirdə ASA-nın Müşahidə Şurasının sədri Cəmil Məlikov «Sığorta fəaliyyəti haqqında» qanunda sığorta şirkətlərində korporativ idarəetmə sisteminin qurulması üçün müvafiq maddənin olduğunu bildirib. «Korporativ idarəetmə sistemi şirkətin rəhbərliyi, Müşahidə Şurası, səhmdarları və digər maraqlı tərəflər arasında münasibətləri əhatə edir. Həmçinin, strateji tərəfdaşlıq və investisiyaların cəlb olunması sahəsində bu sistemin mühüm əhəmiyyəti var», - deyə C.Məlikov bildirib.
Qeyd edək ki, tədbirdə Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Şöbəsinin sektor müdiri Mahir Abdullayev sığorta şirkətlərinin nümayəndələri üçün «Sığortaçılarda korporativ idarəetmə» mövzusunda geniş təqdimatla çıxış edib.
Xatırladaq ki, tədbirin təşkilatçısı rolunda Beynəlxalq Maliyyə Korporasiyası (İFC) çıxış edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR