Bank Of Baku

Dolların ucuzlaşması davam edəcək

Dolların ucuzlaşması davam edəcək
# 19 dekabr 2008 13:30 (UTC +04:00)
Bu prosesin davam edəcəyi gözlənilir. «APA-Economics»in məlumatına görə, mütəxəssislərin fikrincə, dünya bazarlarında dolların avroya, İngiltərə funt sterlinqi və Yaponiya yeninə qarşı ucuzlaşması davamlı xarakteri daşıyır.
Hazırda avronun məzənnəsi 1,43 dollar, funtun məzənnəsi 1,52 dollar, yenin məzənnəsi 87,8 yen/dollar təşkil edir. Eyni zamanda, Azərbaycanda dolların məzənnəsi 0,8013 manat, avronun məzənnəsi isə 1,1433 manatdır. Qeyd edək ki, avronun dollara qarşı yüksəlməsi 9 illik, yenin bahalaşması isə 13 illik maksimuma çatıb. Ekspertlərin fikrincə, dolların enməsi ABŞ iqtisadiyyatının geriləməsinin dərinləşməsi və Amerika administrasiyasının maliyyə siyasəti səbəbindən daha da güclənəcək.
Valyuta mütəxəssisləri dolların ucuzlaşmasını bir sıra amillə əlaqələndirir. Bura Federal Ehtiyat Sisteminin federel fondlar üzrə faz dərəcəsini rekord səviyyəyə - 0,25%-dək endirməsi, büdcə kəsirinin 1 trln. dollara çatması ehtimalları və ABŞ-la Avrozona arasında əsas faiz dərəcələrinin Avropanın xeyrinə yaranan fərq kimi amillər aiddir. Dünya maliyyə böhranının ən kəskin dövrü olan cari ilin III rübündə bir sıra səbəblərə görə dolların bahalaşması müşahidə olunub, lakin bu proses müvəqqəti xarakter daşıyıb. Dolların möhkəmlənməsi investorların korporativ fond alətlərindən kütləvi qaydada vəsaitləri çıxarıb dollarda ifadə olunan federal xəzinə öhdəliklərinə yönəldilməsi səbəbindən baş verib. Aydındır ki, vəsaitlərin əks istiqamətə «hərəkətindən» sonra dolların bu cür dəstəyi heçə enib.
Hazırda ekspertlər vurğulayırlar ki, yeni ABŞ administrasiyasının maliyyə və iqtisadi siyasəti dolların ucuzlaşmasına səbəb olacaq. Həmçinin, son zamanlar Avropanın və ABŞ-ın fond bazarlarında müşahidə olunan tarazlıq səbəbindən dolların «sığınacaq» valyuta kimi istifadəsi gündəmdən çıxır və artıq dolların öz mövqelərini bərpa etməsi üçün əsas qalmayıb.
Dekabrın əvvəlindən dolların Azərbaycanda 0,9% ucuzlaşması fonunda avronun bahalaşması 11,4% təşkil edib. Qeyd edək ki, həmin dövr ərzində dünya bazarında avronun dollara qarşı bahalaşması 12,6% təşkil edib. Beləliklə, Azərbaycanın cari ilin I rübündə valyuta siyasətində bivalyuta səbəti prinsipinə keçməsi bu cür dəyişmələri manatın dəyişməsini bu valyutaların arasında mütənasib «bölüşdürülməsinə» imkan verir. Göründüyü kimi, dolların Azərbaycan iqtisadiyyatının, daxili və xarici hesablaşmalarda, pərakəndə hesablaşmalarda və ümumilikdə, sosial-iqtisadi baxımından daha mühüm rola malik olması səbəbindən, ABŞ valyutasının ucuzlaşması daha çox avronun manata qarşı bahalaşmasında öz əksini tapıb. Həmin amillərə görə bu cür «məzənnə bölüşməsi» gələcəkdə də davam edəcək. Lakin eyni zamanda, müəyyən dərəcədə dolların manata qarşı ucuzlaşması da baş verəcək, lakin avro/dollar möhkəmlənməsi əsasən avronun bahalaşmasına təsir göstərəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR