Bank Of Baku

«Bank Standard»ın aktivləri son bir ildə 2,5% azalıb

«Bank Standard»ın aktivləri son bir ildə 2,5% azalıb
# 19 dekabr 2008 13:56 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2008-ci ilin dekabr ayının 1-nə 625,307 mln. manat təşkil edib ki, bu da ötən ilin dekabr ayının 1-nə olan analoji göstəricidən 2,5% azdır.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 3,49% artaraq 400,968 mln. manata, depozit portfeli isə 43,6% azalaraq 170,579 mln. manata çatıb.
Həmçinin, bu müddət ərzində məcmu kapital 10,9% artaraq 82,103 mln. manat, o cümlədən nizamnamə kapitalı 29,1% artaraq 64,6 mln. manat təşkil edib.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında bankın gəlirləri 63,2% artaraq 100,143 mln. manat, xərcləri isə 84,6% artaraq 66,96 mln. manat olub. Nəticədə, bankın mənfəəti son bir ildə 33,187 mln. manat təşkil edib.
Bundan başqa, bu müddət ərzində bank əlavə 5 filial açıb, həmçinin 48 bankomat və 379 POS-terminal quraşdırıb.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Hazırda bankın respublika üzrə 16 filialı, 48 bankomatı və 379 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR