Bank Of Baku

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüş keçiriblər

Azərbaycan və Rusiya gömrükçüləri sərhəddə görüş keçiriblər
# 19 dekabr 2008 14:37 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Dağıstanın Yaraq-Qazmalar beynəlxalq gömrük avtomobil məntəqəsində Azərbaycanın Xaçmaz Gömrük İdarəsi ilə Rusiyanın Federal Gömrük Xidməti arasında işçi görüşü keçirilib.
APA-nın Dağıstan mətbuatına istinadən verdiyi məlumata görə, Azərbaycan nümayəndə heyətinə Xaçmaz Gömrük İdarəsinin rəisi Sahib Axundov, Rusiya nümayəndə heyətinə isə Cənub Gömrük İdarəsinin rəhbərinin vəzifələrini icra edən Qeorqi Kozlyak başçılıq edib. İlk dəfə keçirilən analoji görüş çərçivəsində tərəflər arasında Rusiya-Azərbaycan sərhədində gömrük baxışlarını keçirərkən tez xarab olan mallara nəzarət, dəmir yolu heyətinə nəzarətin formalaşdırmasının spesifik xüsusiyyətləri, Yaraq-Qazmalar və Samur buraxılış məntəqələri arasında sərnişin daşımalarının təşkili, malların daşınması və keyfiyyəti üzrə sənədlərin tərtibi və bir sıra digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR