Bank Of Baku

«BE&G» sığorta şirkəti nizamnamə kapitalını 50% artırır

«BE&G» sığorta şirkəti nizamnamə kapitalını 50% artırır
# 22 dekabr 2008 06:47 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Benefit & Guaranty» (BE&G) sığorta şirkəti 2008-ci ilin sonuna kimi nizamnamə kapitalını 25% artıraraq 1 mln. manata çatdıracaq. Gələn ilin əvvəlində isə şrkətin kapitallaşmasının 1,2 mln. manata kimi artırılması nəzərdə tutulub. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin direktoru Zaur Novruzov bildirib.
Z.Novruzovun sözlərinə görə, planlaşdırılan səhm emissiyasının ümumi həcmi 400 min manat təşkil edəcək. Emissiyanın 200 min manatlıq birinci yarısı cari ilin sonunadək yerləşdiriləcək, ümumilikdə isə emissiyanın 2009-cu ilin ilk rübündə başa çatdırılacağı gözlənilir: «Nizamnamə kapitalının artırılması ilə bağlı qərar şirkətin mövcud səhmdarlarının sonuncu iclasında qəbul edilib».
Qeyd edək ki, hazırda şirkətin nizamnamə kapitalı 800 min manat təşkil edir.
Xatırladaq ki, təsisçisi iki yerli fiziki şəxs olan «BE&G» sığorta şirkəti 1998-ci ildən «Naxçıvan» sığorta şirkəti kimi fəaliyyətə başlayıb. Lakin 2001-ci ildə şirkətin brendi dəyişdirilib. Hazırda şirkət 23 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR