Bank Of Baku

«Azərqarant Sığorta» yeni strateji plan hazırlayır

«Azərqarant Sığorta» yeni strateji plan hazırlayır
# 22 dekabr 2008 06:51 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərqarant Sığorta» şirkətinin 2008-2013-cü illəri əhatə edəcək yeni strateji planında satış departamentinin işinin gücləndirilməsi, əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması, nizamnamə kapitalının tələb olunan həddə çatdırılması məsələləri əsas hədəf kimi nəzərdə tutulacaq. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Şükür Hüseynov bildirib.
Ş.Hüseynovun sözlərinə görə, strateji planda köklü dəyişikliklər olacaq: «Beynəlxalq standartlara uyğun hazırlanacaq strateji planda şirkətin yaxın, orta və uzunmüddətli inkişaf perspektivləri əksini tapacaq. Yaxın perspektivdə əsas vəzifəmiz şirkətin müştəri xidmətləri və satış departamentlərinin işini gücləndirmək, investisiya portfelini diversifikasiya etmək və nizamnamə kapitalını mərhələli şəkildə artırmaqdır».
Qeyd edək ki, təsisçisi bir fiziki şəxs olan «Azərqarant Sığorta» sığorta şirkəti 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin sığorta daxilolmalarının həcmi 700,5 min manat, sığorta ödənişləri 114,2 min manat, oktyabrın 1-nə nizamnamə kapitalı isə 1 mln. manat təşkil edib. Hazırda şirkət 22 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR