Bank Of Baku

Azərbaycan Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini 11 dəfə artırıb

Azərbaycan Avropa İttifaqı ölkələri ilə ticarət dövriyyəsini 11 dəfə artırıb
# 22 dekabr 2008 06:54 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanda xarici ticarət dövriyyəsinin həcmi 51 885,5 mln. ABŞ dolları, o cümlədən ixrac 45 987,1 mln. dollar, idxal isə 5 898,4 mln. dollar təşkil edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu dövr ərzində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər dünyanın 137 dövləti ilə ticarət əlaqələri qurub. Aparılmış ticarət nəticədə 40 88,7 mln. dollarlıq müsbət saldo yaranıb. Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsinin ümumi həcmi 5,6 dəfə, o cümlədən idxal 33,1%, ixrac isə 9,5 dəfə artıb.
Dövriyyənin 53,7%-i, o cümlədən idxalın 28%-i, ixracın 57,1%-i Avropa İttifaqı ölkələrinin hesabına formalaşıb. Bu ölkələrlə ticarət dövriyyəsinin həcmi 2007-ci ilin yanvar-oktyabr aylarının göstəricisindən nisbətən 11 dəfə, o cümlədən idxal 26,4%, ixrac isə 21,3 dəfə çox olub.
Demokratiya və iqtisadi inkişaf uğrunda təşkilata (GUAM) üzv olan ölkələrlə ticarət əməliyyatlarının həcmi 1 111,4 mln. dollar, o cümlədən idxal 522,9 mln. dollar, ixrac 588,5 mln. dollar təşkil edib. Ötən ilin müvafiq dövrünə nisbətən xarici ticarət dövriyyəsi 43,2%, o cümlədən idxal 15%, ixrac isə 1,8 dəfə artıb.
İdxal-ixrac əməliyyatlarının 36,3%-i İtaliya, 11,4%-i ABŞ, 6,7%-i İsrail, 4,8%-i Hindistan, 4,6%-i Fransa, 3%-i Rusiya, 2,8%-i İspaniya, 2,7%-i Niderland, 2,5%-i İndoneziya, 2,4%-i Türkiyə, 2,4%-i Birləşmiş Krallıq, 1,8%-i Çili, 18,6%-i isə digər ölkələrlə həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR