Bank Of Baku

«TBC» bank Avropadan 171 mln. dollar uzunmüddətli kredit alacaq

«TBC» bank Avropadan 171 mln. dollar uzunmüddətli kredit alacaq
# 22 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC) və Hollandiya İnkişaf Təşkilatı (FMO) Gürcüstanın «TBC» bankına 171 mln. ABŞ dolları həcmində uzunmüddətli kredit ayıracaq.
«APA-Economics»in məlumatına görə, ayrılacaq kredit «TBC»nin aktivlərinin artırılması və ümumiyyətlə maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulub. Kreditin 75 mln. dolları EBRD tərəfindən ayrılacaq ki, bu da «TBC»nin kapital bazasının artırılmasına yönəldiləcək. Bundan başqa, EBRD «TBC»nin mövcud səhmlərinin 17%-ni almaq niyyətindədir.
Qeyd edək ki, Gürcüstanın sayca ikinci ən iri bankı olan «TBC»nin aktivləri 2008-ci ilin oktyabr ayının 1-nə 1,39 mlrd. dollar, nizamnamə kapitalı 222 mln. dollar, xalis mənfəəti isə 2,2 mln. dollar təşkil edib.
Xatırladaq ki, bu ilin əvvəlində «TBC» Azərbaycanda fəaliyyət göstərən «Shore Overseas Azerbaijan Kredit» («SOA Kredit») qeyri-bank kredit təşkilatının nizamnamə kapitalında 75% iştirak payı alıb. Qeyri-bank kredit təşkilatının brendi bu ilin may ayında dəyişərək «TBC Kredit» olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR