Bank Of Baku

«Turanbank» İslam İnkişaf Korporasiyasından yeni kredit tranşı alıb

«Turanbank» İslam İnkişaf Korporasiyasından yeni kredit tranşı alıb
# 22 dekabr 2008 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Turanbank» Səhmdar Kommersiya Bankı (SKB) İslam İnkişaf Korporasiyasından (İİK) 1 mln. ABŞ dolları həcmində cəlb etdiyi kreditin ikinci tranşını alıb.
Bankın strateji planlama və beynəlxalq əlaqələr şöbəsinin müdiri Rəşad Tanrıverdiyevin «APA-Economics»ə verdiyi məlumata görə, ikinci tranşın məbləği 670 min dollar təşkil edir və bununla da ilin sonunadək bankın İİK-dən cəlb etdiyi vəsaitlərin istifadəsi başa çatdırılacaq. Bankın strateji planına əsasən, növbəti illərdə «Turanbank» İİK tərəfindən ayrılacaq kredit xətlərinin həcmini artırmaq niyyətindədir.
Qeyd edək ki, kredit xəttinin birinci tranşı bu ilin iyul ayının 28-də ayrılıb və bunun məbləği 330 min dollar olub. Həmin vəsait şəriət qaydalarına uyğun olaraq səhiyyə, istehsalat və kənd təsərrüfatı sahələrində layihələrin maliyyələşdirilməsinə yönəldilib. Xatırladaq ki, kredit beynəlxalq qurum tərəfindən ilk 1 ili güzəştli olmaqla 6 il müddətinə ayrılıb.
Təsisçisi 17 hüquqi və 37 fiziki şəxs olan «Turanbank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 86,1 mln. manat, kredit portfeli 64,7 mln. manat, depozit portfeli 42,3 mln. manat, məcmu kapitalı 17,8 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat təşkil edib. Bankın respublika üzrə 11 filialı, 21 mübadilə məntəqəsi, 9 bankomatı və 54 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR