Bank Of Baku

Namiq Xəlilov: «Dünya maliyyə böhranı Azərbaycan sığorta bazarına birbaşa təsir etməyəcək» - MÜSAHİBƏ

Namiq Xəlilov: «Dünya maliyyə böhranı Azərbaycan sığorta bazarına birbaşa təsir etməyəcək» - <font color=red>MÜSAHİBƏ </font>
# 22 dekabr 2008 10:49 (UTC +04:00)
- Bu ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən 146,41 mln. manat həcmində sığorta haqqı toplanıb. Sığorta daxilolmaları ilə bağlı cari ilin sonuna və 2009-cu il üçün gözlənilən proqnozlara dair fikirlərinizi bilmək istərdik.

- Cari ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən 146,41 mln. manat sığorta haqqı toplanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 42% çoxdur. Bu il ərində toplanacaq məcmu sığorta haqlarının həcmi 190-200 mln. manat, 2009-cu ildə isə 220-230 mln. manat təşkil edəcəyi gözlənilir.

- «İcbari sığorta haqqında» qanun nə vaxt qüvvəyə minə bilər? Ümumiyyətlə, bu istiqamətdə aparılan işlər hansı mərhələdədir?

- Azərbaycan Maliyyə Nazirliyi tərəfindən «İcbari sığorta haqqında» qanun layihəsi hazırlanaraq artıq Nazirlər Kabinetinə təqdim olunub. Hazırda qanun layihəsi ilə əlaqədar digər dövlət orqanlarının rəy və təkliflərinə baxılır.

- Bir vaxtlar, hələ 2002-2004-cü illərdə Maliyyə Nazirliyinin təsisçiliyi ilə Dövlət Təkrarsığorta Şirkətinin yaradılması planlaşdırılırdı. Bu məsələ hazırda hansı mərhələdədir?

- Belə bir layihənin həyata keçirilməsi nəzərdə tutulmayıb. Qeyd edim ki, Azərbaycanda müstəsna olaraq təkrarsığorta fəaliyyətini həyata keçirən özəl şirkət («AzRe» - APA-Economics) yaradılıb.

- Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən toplanan məcmu daxilolmalarının hansı hissəsi xaricə təkrar sığortaya yönəldilir?

- Qeyd etmək istəyirəm ki, cari ilin yanvar-sentyabr aylarında ölkədə fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən məcmu daxilolmalarının həcmi 146,41 mln. manat təşkil edib ki, bunun da 20,6%-i xaricə təkrarsığortaya ötürülüb.

- Dünya maliyyə böhranının Azərbaycan sığorta bazarına təsiri və bu böhranın sığorta bazarının daha çox hansı seqmentlərinə təsiri gözlənilir?

- Dünya maliyyə böhranının birbaşa Azərbaycan sığorta bazarına təsir edəcəyi gözlənilmir. Böhranla əlaqədar banklarda avtomobil kreditlərinin həcminin azaldılması və kredit şərtlərinin sərtləşdirilməsi mütənasib olaraq kreditə götürülən avtomobillər üzrə sığorta haqlarının azalmasına səbəb olur. Lakin kreditə götürülən avtomobillər üzrə daxil olan sığorta haqları avtomobil sığortası üzrə yığılan sığorta haqlarının bir hissəsini təşkil etdiyindən, qeyd olunan amilin təsiri əhəmiyyətli dərəcədə hiss edilmir. Belə ki, avtonəqliyyat vasitələrinin sığortası üzrə bu ilin yanvar-sentyabr aylarında toplanan sığorta haqları ötən ilin müvafiq dövrü ilə müqayisədə 80,5% artıb.

- Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların iştirak payı ilə bağlı mövcud məhdudiyyətin aradan qaldırılmasını nə vaxt gözləmək olar və bu, hansı formada həyata keçiriləcək?

- Bu məhdudiyyətin son həddi «Sığorta fəaliyyəti haqqında» qanunun tələblərinə uyğun olaraq hazırlanmış Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçıların nizamnamə kapitallarının ümumi məbləğində xarici sığortaçıların payının son həddinin müəyyən edilməsi və bu payın hesablanması qaydalarına əsasən, 30% müəyyən edilib. Qeyd etmək istəyirəm ki, yaxın gələcəkdə Azərbaycanda xarici sığortaçıların payının son həddinə qoyulan məhdudiyyətin aradan qaldırılması nəzərdə tutulmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR