Bank Of Baku

Azərbaycanda bank faiz marjası normanı 2-3 dəfə üstələyir

Azərbaycanda bank faiz marjası normanı 2-3 dəfə üstələyir
# 22 dekabr 2008 12:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda xalis bank faiz marjası manat kredit və depozitləri üzrə orta hesabla 6,11%, valyuta kredit və depozitləri üzrə isə 6,82% təşkil edir.
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin noyabr ayının 1-nə cəlb olunan depozitlər üzrə orta faiz dərəcəsi manatla illik 11,88%, valyuta ilə 8,07%, kreditlər üzrə orta faiz dərəcəsi manatla 17,99%, valyuta ilə 14,89%-ə bərabərdir.
Noyabrın 1-nə xalis bank faiz marjasına dair məlumatlar:

Marja

01.11.2008

01.01.2008

Orta, manat

6,11%

5,61%

Orta, valyuta

6,82%

4,04%

Hüquqi şəxslər, manat

5,27%

5,45%

Hüquqi şəxslər, valyuta

7,30%

6,04%

Fiziki şəxslər, manat

8,69%

7,82%

Fiziki şəxslər, valyuta

8,75%

9,23%



İlk növbədə qeyd olunmalıdır ki, əsas mövqelər üzrə faiz marjasının artımı müşahidə olunur. Belə ki, ilin əvvəlindən Azərbaycan bank sistemində depozitlər üzrə orta faiz dərəcələrinin dəyişmədiyi halda, kreditlərin faiz dərəcələri artıb. Eyni zamanda, müxtəlif banklar üzrə depozitlərin faizləri artsa da, kreditlərin faiz dərəcələri mütənasib deyil, daha sürətlə artaraq faiz marjasını genişləndirib.
Bundan əlavə, Azərbaycanda xalis faiz marjası çox yüksək səviyyədədir. Qeyd edək ki, inkişaf etmiş ölkələrdə bu göstərici 2,2-2,5%, Rusiyada orta hesabla 6% təşkil edir. Qazaxıstan, Ukrayna, Belarus kimi ölkələrdə bu göstərici daha aşağıdır. Azərbaycanda isə, göründüyü kimi, banklar əlavə faiz gəlirləri əldə etmək məqsədi ilə faiz marjasını genişləndirir. Bundan başqa onu da qeyd etmək lazımdır ki, ölkənin bank sistemində orta faiz dərəcələri üzrə faiz marjası depozitlərin faiz dərəcəsinin təxminən 50%-ni təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR