Bank Of Baku

Azərbaycanda qızıl ötən həftə 3% bahalaşıb

Azərbaycanda qızıl ötən həftə 3% bahalaşıb
# 22 dekabr 2008 13:24 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, Azərbaycanda qızılın rəsmi məzənnəsi 670 manat/unsiya təşkil edir.
Bu göstərici son iki ayın ən maksimal göstəricisidir. Belə ki, bu qiymət sonuncu dəfə oktyabrın 14-də müşahidə olunub. Eyni zamanda, son üç ay ərzində maksimal qiymət dekabr 18-də qeydə alınaraq, 697 manat təşkil edib. Ümumilikdə, ötən həftə ərzində Azərbaycanda qızılın qiyməti 3% bahalaşıb.
Qeyd edək ki, dünya bazarında qızılın müvəqqəti ucuzlaşmasını nəzərə almasaq, ümumi tendensiyası artıma doğrudur. Buna əsas səbəb müəyyən investorlar tərəfindən maliyyə bazarlarında böhranın davam etməsi ilə bağlı öz vəsaitlərini ən likvid və təhlükəsiz aktiv sayılan qızıla yönəltməsidir. Analitiklərin fikrincə, qızıl bazarında ucuzlaşmanın tendensiya xarakteri alması onun kütləvi satışını əks etdirəcək ki, bu da maliyyə bazarlarının tədricən bərpasının başlamasının göstəricisi olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR