Bank Of Baku

«Bank Standard»ın «GəncKart» sahibləri üçün keçirdiyi lotereyanın qalibi müəyyənləşib

«Bank Standard»ın «GəncKart» sahibləri üçün keçirdiyi lotereyanın qalibi müəyyənləşib
# 22 dekabr 2008 14:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank Standard» Səhmdar Kommersiya Bankı (SKB) «GəncKart» sahibləri üçün keçirdiyi lotereya oyununun qalibi müəyyən olub.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, aksiyanın qalibi bankın müştərisi, Bakı şəhəri sakini Lalə Qasımova elan edilib. Lotereya oyununun şərtlərinə uyğun olaraq, qalibə 2008-ci il modeli olan «Volkswagen Yetta» avtomobili təqdim edilib.
Bundan başqa bildirilir ki, «Bank Standard»ın cari ilin əvvəlindən başladığı «Bəxtiniz qızıl olsun» aksiyası bu yaxınlarda başa çatacaq. Müddətli derozit sahibləri üçün nəzərdə tutulan bu aksiyanın sonuncu, IV tirayı 2009-cu ilin yanvarın 10-da keçiriləcək. Üekun tirayda əsas uduş kimi Bakı şəhərində iki otaqlı mənzil oynanılacaq. Bu tirayda mövcud derozit sahibləri ilə yanaşı bankda 2008-ci il dekabr ayının 30-dək müddətli derozit hesabı açan yeni əmanətçilər də iştirak edə biləcəklər.
Xatırladaq ki, «AB Standard» Şirkətlər Qruruna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 660,816 mln. manat, kredit rortfeli 441,570 mln. manat, derozit rortfeli 173,036 mln. manat, məcmu karitalı 85,914 mln. manat, o cümlədən nizamnamə karitalı 50 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR