Bank Of Baku

«UniBank»ın pulköçürmə sistemləri üzrə dövriyyəsi 67% artıb

«UniBank»ın pulköçürmə sistemləri üzrə dövriyyəsi 67% artıb
# 22 dekabr 2008 14:31 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankının (SKB) 2008-ci ilin yanvar-noyabr aylarında pulköçürmə sistemləri üzrə apardığı əməliyyatların həcmi 25 mln. ABŞ dollar təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 66,7% çoxdur.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu müddət ərzində bankda mövcud olan pulköçürmələri sistemləri vasitəsilə ölkədən xaricə 2 mln. dollar göndərilib, 23 mln. dollar isə qəbul olunub.
Bankdan bildirilib ki, cari ilin sonuna kimi pul köçürmələri üzrə dövriyyənin 30 mln. dollara çatacağı gözlənilir.
Bankın proqnozlarına görə, ilin sonunadək bank pul köçürmələri üzrə əməliyyatlardan 350-370 min dollar gəlir əldə edəcək ki, bu da 2007-ci ilin yekunları ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Qeyd edək ki, hazırda bank «Western Union», «Contact», «Migom», «Faster», «XPmoney» və «Bıstraya Poçta» pulköçürmə sistemlərinin üzvüdür.
Xatırladaq ki, «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 467,235 mln. manat, kredit portfeli 347,932 mln. manat, depozit portfeli 111,902 mln. manat, məcmu kapitalı 64,129 mln. manat, o cümlədən nizamnamə kapitalı 15 mln. manat olub. Hazırda bankın respublika üzrə 22 filialı, 22 mübadilə məntəqəsi, 56 bankomatı və 235 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR