Bank Of Baku

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri ilin əvvəlindən 26% artıb

Azərbaycan Beynəlxalq Bankında əhalinin əmanətləri ilin əvvəlindən 26% artıb
# 22 dekabr 2008 15:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Beynəlxalq Bankında (ABB) yerləşdirilən əhalinin əmanətlərinin ümumi həcmi 492,7 mln. manata çatıb. ABB-dan «APA-Economics»ə verilən məlumata əsasən, cari ilin əvvəlindən əmanətlərin həcmi 26,2% artıb, o cümlədən noyabr-dekabr ayları ərzində artım 18,8 mln. manat və ya 4% təşkil edib.
Bankın əhali kateqoriyası üzrə depozit portfelində müddətli əmanətlərin həcmi 344,9 mln. manata və ya ümumi məbləğinin 70%-nə bərabərdir. Eyni zamanda, manatla yerləşdirilən əmanətlərin payı 48%-dir.
ABB-dan həmçinin bildirilib ki, cari ilin 11 ayı ərzində Bankın əmanətçiləri 37,5 mln. manat həcmində gəlir əldə edib və bu, ötən ilin ümumi analoji göstəricisindən 1,5 dəfə çoxdur.
Bankın məlumatına əsasən, əmanətlər müxtəlif şərtlərlə yerləşdirilir. Bu da əmanətlərin müddəti, aylıq və ya rüblük şəkildə faizləri götürmək imkanı, ödəmə əməliyyatlarının aparılması imkanı, faizlərin toplanaraq əsas əmanətin gəlirliyini artırmaq imkanına aiddir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR