Bank Of Baku

«Rabitabank»ın səhmdarlarının növbəti yığıncağı fevralda keçiriləcək

«Rabitabank»ın səhmdarlarının növbəti yığıncağı fevralda  keçiriləcək
# 23 dekabr 2008 08:57 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Rabitəbank» Səhmdar Kommersiya Bankının səhmdarlarının növbəti yığıncağı 2009-cu ilin fevral ayının 10-da keçiriləcək.
Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iclasda bankın 2008-ci ilin maliyyə-təsərrüfat fəaliyyəti barədə İdarə Heyəti və Audit Komitəsinin hesabatları, 2008-ci maliyyə ili üzrə balans mənfəəti və zərər haqqında hesabatın müzakirəsi və təsdiqi, həmçinin bu il üzrə dividentlərin bölgüsü, 2009-cu ilin dividentlərinin kapitallaşdırılması və bankın fəaliyyətinə dair digər məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, «Rabitəbank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə bankın aktivlərinin həcmi 96,571 mln. manat, depozit portfeli 79,342 mln. manat, kredit portfeli 72,504 mln. manat, məcmu kapitalı 12,361 mln. manat, o cümlədən nizamnamə kapitalı 8 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR