Bank Of Baku

«Paşa Sığorta» yeni reklam kampaniyasına başlayıb

«Paşa Sığorta» yeni reklam kampaniyasına başlayıb
# 23 dekabr 2008 09:10 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti «Sığortalanmağı düşünmüsünüzmü» adlı yeni reklam kampaniyasına başlayıb.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Paşa Sığorta» reklam kampaniyasına başlamaqla yanaşı özünün yeni loqotipini də təqdim edib. Yeni loqo şirkətin milli dəyərlərə bağlılığını, digər tərəfdən isə «Paşa Holdinq» Şirkətlər Qrupuna mənsub olduğunu əks etdirir.
Qeyd edək ki, «Sığortalanmağı düşünmüsünüzmü» adlı aksiya xarici reklam daşıyıcıları və KİV vasitəsi ilə həyata keçiriləcək.
Xatırladaq ki, «Paşa Holdinq» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin oktyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 9 mln. manat təşkil edib. Hazırda şirkət 4 icbari və 25 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR