Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda yeni kommersiya layihəsinə 15 mln. dollar ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda yeni kommersiya layihəsinə 15 mln. dollar ayırıb
# 23 dekabr 2008 09:32 (UTC +04:00)
AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, vəsait zavodun illik istehsalat gücünün 500 tonadək artırılması üçün tələb olunan yeni avadanlığın alınması, əlavə istehsalat xəttinin quraşdırılması və təqribən 80 quyunun təmiri və istismara verilməsinə sərf olunacaq. Şirkətin uzunmüddətli strategiyası istehsal olunan məhsulun əhəmiyyətli hissəsini ixrac etməklə regionun aparıcı yod istehsalçısına çevrilməkdir.
Hazırda Azərbaycanın yeganə yod istehsalçısı olan «Azər-Yod» Neftçala rayonunda yerləşən yataqlardakı şoran lay sularından çıxarır. Dünya yod ehtiyatlarının təxminən 60%-i Çilidə yerləşir, 2007-ci ildə dünya üzrə ümumi istehsal isə 28 min ton təşkil edib.
Ekspertlərin fikrincə, dünya iqtisadi böhranına baxmayaraq, tibb, kənd təsərrüfatı və sənayedə geniş istifadə olunan yoda tələbat durmadan artır və bu tendensiya yaxın illərdə davam edəcək.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində AYİB tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 5 441,8 min manat təşkil edib. Yatırılan investisiyanın həcmi ötən ilin müvafiq dövrünə nisbətən 25,8% artıb. Hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala yönəldilmiş xarici investisiyanın həcmində AYİB-in investisiyalarının xüsusi çəkisi 0,3% təşkil edib.
Xatırladaq ki, Azərbaycan 1992-ci ildən AYİB-in üzvüdür. Bu günə kimi AYİB Azərbaycanda ümumi dəyəri 1 mlrd. ABŞ dolları olan 50-dən çox investisiya layihəsinə qoşulub. Hazırda AYİB ilə Azərbaycan hökuməti arasında nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə dair danışıqlar aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR