Bank Of Baku

Dünya maliyyə böhranı 33 mlrd. dollarlıq İPO-ları təxirə salıb

Dünya maliyyə böhranı 33 mlrd. dollarlıq İPO-ları təxirə salıb
# 23 dekabr 2008 09:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Dünya maliyyə böhranı nəticəsində fond birjalarında ilkin səhm yerləşdirmələrinin həcmi (İPO – ilkin kütləvi təklif) 2008-ci ildə 3,5 dəfə azalıb. «APA-Economics»in məlumatına görə, ötən il dünya fond birjalarında 322,9 mlrd. dollar həcmində İPO keçirilibsə, cari ildə bu göstərici 91,7 mlrd. dollara enib. Bununla yanaşı, şirkətlər 83,3 mlrd. dollar məbləğində əvvəl elan edilmiş yerləşdirmələrdən imtina edib ki, bu da son üç ilin rekord göstəricisidir.
Eyni zamanda, cari ildə fond bazarı vasitəsi ilə şirkətlərin konsolidayası üzrə bağlanan əqdlərin həcmi 2007-ci illə müqayisədə 31% azalaraq 2,9 trln. dollara çatıb.
Aparılmış hesablamalara əsasən, cari ildə inkişafda olan ölkələrdən 60-dan çox şirkət maliyyə böhranı səbəbindən İPO keçirməsindən imtina edib. Bu imtinalar üzrə ümumi həcm 32,7 mlrd. dollar təşkil edərək 6 illik maksimuma çatıb.
Qeyd edək ki, dünyada İPO-ların keçirilməsi üçün əsas iki fond meydançası mövcuddur - Nyu-York və London fond birjaları.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR