Bank Of Baku

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artıb

Azərbaycanda bankomatların sayı son bir ildə 12% artıb
# 23 dekabr 2008 13:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Cari ilin noyabr ayının əvvəlinə Azərbaycanda 1 475 bankomat və 7 839 POS-terminal fəaliyyat göstərib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, cari ildə ölkədəki bankomatların sayı 158 ədəd və ya 12%, POS-terminalların sayı isə 2 530 ədəd və ya 48% artıb.
Bankomatların 859-u Bakıda, 616-sı isə regionlarda quraşdırılıb ki, paytaxtdakı bankomatların sayı 5%, regionda isə 24% artıb.
POS-terminallar üzrə statistikaya əsasən, Bakının payına 7 166 terminal (ilin əvvəlindən artım 47%), regionların payına isə 673 terminal (artım – 54%) düşür.
Qeyd edək ki, ötən il bankomatların ümumi sayının artımı 22%, POS-terminalların sayının illik artımı isə 2,6 dəfə təşkil edib. Beləliklə, cari ildə həm bankomatlar, həm də POS-terminalların sayı üzrə ölkədə artım templərinin zəifləməsi müşahidə olunur.
Xatırladaq ki, bankomat və POS-terminallar ölkənin maliyyə sistemində nağdsız hesablaşmaların əsas vasitələridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR