Bank Of Baku

Azərbaycanda bank ödəniş sistemləri üzrə dövriyyə 65 mlrd. manatı ötüb

Azərbaycanda bank ödəniş sistemləri üzrə dövriyyə 65 mlrd. manatı ötüb
# 23 dekabr 2008 13:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda bank ödəniş sistemləri üzrə aparılan əməliyyatların həcmi 2008-ci ilin yanvar-noyabr ayları üzrə 65,404 mlrd. manat təşkil edib. Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, bunun 60,729 mlrd. manatı və ya 92,9%-i Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZİPS), 4,675 mlrd. manatı və ya 7,1%-i isə Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sisteminin (XÖHKS) payına düşür.
AMB-nin məlumatına görə, cari ilin 11 ayı ərzində AZİPS üzrə 409 min, XÖHKS üzrə isə 1 673 min ödəniş həyata keçirilib. Beləliklə, AZİPS-də orta hesabla ayda 5,521 mlrd. manat məbləğində 37 ödəniş həyata keçirilib. XÖHKS üzrə müvafiq göstəricilər isə 425 mln. manat və 152 ödəniş təşkil edib.
Qeyd edək ki, AZİPS-ə Milli Bank və Baş Dövlət Xəzinədarlığı ilə yanaşı 45 bank təşkilatı qoşulub. XÖHKS istifadəçilərinin sayı isə 51-ə bərabərdir ki, bura həmçinin bir sıra dövlət qurumu, o cümlədən Vergilər Nazirliyi qoşulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR