Bank Of Baku

Azərbaycanda sığorta mütəxəssisləri üçün treninqlər keçiriləcək

Azərbaycanda sığorta mütəxəssisləri üçün treninqlər keçiriləcək
# 23 dekabr 2008 14:16 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Tədris Mərkəzi 2009-cu ilin yanvar ayından etibarən ölkədə fəaliyyət göstərən sığorta şirkətlərinin menecerləri və top-menecerləri üçün treninqlərə başlayacaq.
ASA-nın Tədris Mərkəzinin direktoru Şükür Hüseynovun «APA-Economics»ə verdiyi məlumata görə, treninqlərin mövzusu birbaşa «Sığorta fəaliyyəti haqqında» yeni qanuna həsr olunacaq. «Bu kursların keçirilməsinin əsas məqsədlərindən biri sığorta şirkətlərində çalışan mütəxəssislərin ixtisas səviyyəsinin yüksəldilməsidir. Treninqlər ödənişli əsaslarla keçiriləcək və burada hər sığorta şirkətindən bir nümayəndə iştirak edəcək», - deyə Ş,Hüseynov bildirib.
Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda «Günay-Anadolu» sığorta şirkətindən başqa qalan 27 sığorta şirkəti qurumun üzvüdür. Sığorta təşkilatlarının ödədiyi illik üzvlük haqqı isə 5 min manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR