Bank Of Baku

«AzSığorta» şirkəti yeni regional filialın açılışına hazırlaşır

«AzSığorta» şirkəti yeni regional filialın açılışına hazırlaşır
# 24 dekabr 2008 07:48 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AzSığorta» şirkəti regionda yeni filial açmağa hazırlaşır. Bunu «APA-Economics»ə açıqlamasında şirkətin İdarə Heyətinin sədr müavini Xəyal Məmmədxanlı bildirib.
X.Məmmədxanlının sözlərinə görə, yeni filial Yevlax rayonunda açılması planlaşdırılır. «Burada artıq tikinti işləri başa çatdırılıb. Ümid edirəm ki, bu filial növbəti ilin yanvar ayından müştərilərin istifadəsinə veriləcək və burada müştərilərə sığortanın bütün xidmətləri göstəriləcək. Gələn il ərzində şirkətin Qəbələ filialının da istifadəyə verilməsi gözlənilir. Bu filialın isə yay aylarında açılması nəzərdə tutulur», - deyə X.Məmmədxanlı bildirib.
Xatırladaq ki, «AzSığorta» şirkəti 2006-cı ilin dekabr ayından fəaliyyətə başlayıb. Bu ilin yanvar-sentyabr aylarında şirkətin sığorta haqlarının həcmi 7,20 mln. manat, ödənişləri isə 1,35 mln. manat təşkil edib. «AzSığorta» şirkətinin Azərbaycanda toplanan məcmu sığorta daxilolmalarında xüsusi çəkisi 4,8%, ödənişlərdə isə 3,3% olub.
Cari ilin noyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Şirkət 25 könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir və respublika üzrə 7 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR