Bank Of Baku

«Azərnəqliyyatbank»ın Müşahidə Şurasına yeni sədr seçilib

«Azərnəqliyyatbank»ın Müşahidə Şurasına yeni sədr seçilib
# 24 dekabr 2008 07:52 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankının (SKB) Müşahidə Şurasına yeni sədr seçilib.
Bankın İdarə Heyətinin sədr müavini Şəfəq Abdullayevanın «APA-Economics»ə verdiyi məlumata görə, bu vəzifəyə bank sahəsində bir neçə illik təcrübəyə malik olan Fəxrəddin Bağırov təyin edilib. F.Bağırovdan əvvəl bu vəzifəni Elsəvər Cəbiyev icra edib. Hazırda isə E.Cəbiyev digər bank təşkilatında çalışır.
Ş.Abdullayeva onu da qeyd edib ki, bankın İdarə Heyətinə yeni sədrin təyin olunması üçün Azərbaycan Milli Bankı tərəfindən namizədlər üzrə attestasiya aparılır. Yaxın günlərdə İdarə Heyətin yeni sədrinin də adı açıqlanacaq.
Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 19,975 mln. manat, kredit portfeli 16,050 mln. manat, depozit portfeli 8,043 mln. manat, məcmu kapitalı 11,203 mln. manat, o cümlədən nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib. Bankın respublika üzrə yalnız 4 filialı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR