Bank Of Baku

«Thames İnsurance Group»un maliyyə göstəriciləri azalır

«Thames İnsurance Group»un maliyyə göstəriciləri azalır
# 24 dekabr 2008 08:40 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Thames İnsurance Group» Azərbaycan-İngiltərə Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sığorta daxilolmalarının həcminin 2008-ci ildə 1,5 mln. manat təşkil edəcəyi gözlənilir ki, bu da ötən ilin analoji göstəricisi ilə müqayisədə 73,3% azdır.
Şirkətin baş müdirinin müavini Samir Mustafayevin «APA-Economics»ə verdiyi məlumata görə, hesabat dövründə sığorta riskləri üzrə ödənişlərin həcminin 2007-ci ilə nisbətən 42,8% azalaraq 350 min manat olacağı gözlənilir. Bununla yanaşı, şirkətin bu il ərzində əldə edəcəyi mənfəətin də azalacağı proqnozlaşdırılır. Belə ki, cari ilin sonuna bu göstəricinin 43% azalaraq 70 min manat olacağı gözlənilir.
Qeyd edək ki, «Thames Insurance Group» 1996-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvar-sentyabr aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 1,11 mln. manat, ödənişləri isə 0,29 mln. manat təşkil edib. Şirkət 24 sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR