Bank Of Baku

Azərbaycanda bank aktivləri azalmağa başlayıb

Azərbaycanda bank aktivləri azalmağa başlayıb
# 24 dekabr 2008 08:45 (UTC +04:00)
Azərbaycan Milli Bankından «APA-Economics»ə verilən məlumata əsasən, noyabr ayında bankların aktivləri 37 mln. manat və ya 0,4% azalıb.
Ümumilikdə, bu göstəricinin illik artım tempi 61,1%-ə bərabərdir. Eyni zamanda, bankların aktivləri cari ilin əvvəlindən 3 178,8 mln. manat və ya 47,3% artıb. Beləliklə, 2008-ci ildə aktivlərin orta aylıq artımı 289 mln. manat olduğu halda, noyabrda ilk dəfə azalma müşahidə olunub:



Qeyd edək ki, aktivlərin azalması bankların kredit əməliyyatlarının məhdudlaşması ilə bağlı deyil, çünki noyabr ayında bakların kredit portfeli 158 mln. manat artıb. Aktivlərin tərkibində kreditlərdən başqa investisiyalar, nağd pullar, müxbir hesablar və maliyyə sektoruna verilmiş depozitlər kimi bəndlər var və aktivlərin azalması ilk növbədə nağd pullar, müxbir hesablarda və maliyyə qurumlarında depozitlərdə olan vəsaitlərin azalması ilə bağlı ola bilər. Bu da öz növbəsində bankların xarici borclarının qaytarılması ilə bağlıdır. Həmin amilləri nəzərə alaraq, qeyd etmək olar ki, aktivlərin bu dərəcədə azalması heç bir təhlükə yaratmır və bankların xarici öhdəliklərinin yerinə yetirilməsi üçün zəruri «itki» kimi qiymətləndirilməlidir.
Ekspertlərin fikrincə, aktivlərin növbəti hesabat dövründə də bir qədər azalmasını gözləmək olar, lakin bu da bankların xarici öhdəliklərinin icrası ilə bağlı olduğuna görə, məqbul proses kimi qiymətləndirilə bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR